İdman

“Başakşəhər”-“Bursaspor” oyunu təxirə salınıb - FOTO

23 Fevral 2019 22:18
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 23-də futbol üzrə Türkiyə Superliqasının XXIII turu çərçivəsində keçirilən "Başakşəhər"-"Bursaspor" matçı təxirə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Fatih Terim" stadionunda keçirilən görüş hava şəraitinin kəskin dəyişməsi səbəbindən 4-cü dəqiqədə təxirə salınıb. Qarşılaşma fevralın 24-də keçiriləcək.

Turun digər oyununda "Alanyaspor" öz meydanında "Kasımpaşa"nı böyük hesabla məğlub edib - 3:0. Meydan sahiblərinin heyətində 7 və 54-cü dəqiqələrdə Papis Sisse, 89-cu dəqiqədə isə Josef Sural fərqləniblər.

"Sivasspor"-"Antalyaspor" matçında isə sevinən tərəf qonaqlar olub. Bülənt Qorxmazın yetirmələri 36-cı dəqiqədə Nazim Sanqara və 45-ci dəqiqədə Süleyman Dukaranın vurduqları qollar sayəsində qələbə qazanıblar. Sivas təmsilçisi 65-ci dəqiqədə Aruna Konenin qolu ilə ümidlənsə də, bundan artığına gücü çatmayıb - 1:2.

Qeyd edək ki, XXIII turun digər oyunları fevralın 24 və 25-də keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.