İdman

"İndi qol vurmaq daha çətindir" - Reynaldo

23 Fevral 2019 21:16
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın hücumçusu Reynaldo Silva Topaz Premyer Liqanın 18-ci turunda səfərdə "Sabah"la heç-heçə etdikləri oyundan (1-1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Ümumi götürəndə çox maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik edirəm. Xüsusilə, birinci hissədə yaxşı oynadıq. Bəzi qol vəziyyətlərimiz oldu. Oyunun taleyini həll etmək öz əlimizdə idi. Təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqib komandanı da təbrik etmək istəyirəm. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, doğru yoldayıq. Qarşıdakı matçlarda daha yaxşı nəticələr olacaq.

- Uzun müddətdən sonra "Qarabağ" formasıyla qol vurdun. Təəssüratlarını bilmək maraqlı olardı...

- Təbii ki, sevincliyəm. Yenidən "Qarabağ"ın heyətində qol vurdum. Təəssüf ki, bu qol komandaya 3 xal gətirmədi. Həmin anda Rəşad da yanımdaydı. Ondan cərimə zərbəsini vurmağı xahiş etdim. Bildirdi ki, vura bilərsən. Çox sevinirəm.

- İkinci hissənin əvvəlində əvəzləndin. Bu, nə ilə bağlı idi?

- Əvvəlki oyunlarda uyğunlaşmaq bir az çətin idi. Start heyətində meydana çıxdığım üçün əvəzlənməyim normaldır. Bu gün 60-70 dəqiqə oynadım. Öz üzərimdə işləməyə davam edirəm. Ümid üdirəm ki, bqş məşqçi gələn oyunlarda məni daha çox oynadacaq.

- 2.5 ildən sonra Azərbaycana qayıtdın. Çempionatın səviyyəsini necə görürsən?

- Komandalar bir az taktiki cəhətdən artırıblar. Daha qapalı futbol nümayiş etdirirlər. Qol vurmaq daha çətindir. Deməzdim, komandalar zəifdir. Artıq qapalı müdafəni yarmağın yolunu axtarmalıyıq. Çıxış yolu tapmalıyıq ki, daha asan olsun.

- Yəqin ki, sabah "Neftçi"nin xal itirməsini gözləyəcəksiniz...

- Təbii ki, onların xal itirməyini istərdik. Amma bu, bizim üçün o qədər də önəmli deyil. Öz işimizə köklənməli, öz oyunumuz hqqda düşünməliyik. Əsas olan budur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.