İdman

Qəbələdə və Bakıda "sülh": Gününün bütün qollarını "Qarabağ" vurdu

23 Fevral 2019 19:17
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun açılış matçı Qəbələdə olub. "Qəbələ" "Keşlə"ni qəbul edib. Keşlə təmsilçisi ötən tur evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etməklə, qış fasiləsindən sonra ilk qələbəsini qazanaraq, son pillədən qurtulmuşdu. Tərlan Əhmədovun komandası Qəbələ səfərində də azı 1 xal əldə etmək istəyirdi. "Keşlə"nin bu istəyi baş tutub. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qol vurulmayıb. Bununla da, "Qəbələ" doğma meydanda, autsayderlərdən olan "Keşlə" ilə görüşdə xal itirib.

Günün digər oyununda debütant "Sabah" son çempion "Qarabağ"ı qəbul edib. "Köhlən atlar" lider "Neftçi"ylə aradakı 1 xallıq fərqin böyüməməsi üçün bu görüşdən qələbə ilə ayrılmağa çalışıblar. "Sabah" isə bundan əvvəlki dövrədə olduğu kimi, "Qarabağ"la ən azı heç-heçə etmək üçün mübarizə aparıb. Qarşılaşma da məhz 1:1 hesabıyla başa çatıb.

Turun qalan iki oyunu sabah keçiriləcək. Lider "Neftçi" 3-cü pillədə qərarlaşan "Səbail"i qəbul edəcək. "Ağ-qaralar" zirvədəki yeri qorumaq üçün bu oyunda 3 xal uğrunda "döyüşəcəklər".

Autsayderlər qrupunda qərarlaşan "Sumqayıt"la "Zirə"nin duelindən kimin qalib ayrılacağı da maraq doğurur. Məğlub olan komanda "zirzəmi"də qalmalı olacaq.

Azərbaycan Premyer Liqası, 18-ci tur

23 fevral

Qəbələ - Keşlə 0:0

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov 
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli 
Qəbələ şəhər stadionu

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

Keşlə: 1. Kamran Ağayev (k), 4. Slavik Alxasov, 9. Amil Yunanov,93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 19. Azər Salahlı, 23. Conatan Ayite, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 66. Murad Qayalı, 91. Nurlan Quliyev

Baş məşqçi: Tərlan Əhmədov

Sabah - Qarabağ 1:1

Qol: Bədavi Hüseynov, 71-öz qapısına - Reynaldo, 19.

Qırmızı vərəqə: Erik Ramos, 77.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev 
"Əlincə Arena"

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 27. Bəxtiyar Soltanov, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 33. Eltun Turabov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 19. Filip Ozobiç, 10. Dani Kintana, 99. Reynaldo Silva, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 17. Abdullah Zubir, 77. Donald Gerye, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

24 fevral

16:00 Neftçi - Səbail
Hakimlər:
 Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev 
8-ci km stadionu

18:30 Sumqayıt - Zirə
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli 
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Sumqayıt şəhər stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.