İdman

Rakitiç üçün 4 klub mübarizə aparacaq

23 Fevral 2019 18:29
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsümün sonunda "Barcelona"dan ayrılacağı gözlənilən İvan Rakitiç 4 klubun diqqət mərkəzindədir.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, PSG, "Bayern Münich", "İnter" və "Manchester United" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Hazırda İtaliya klubunun digərləri ilə müqayisədə 1 addım öndə olduğu bildirilir. Milan təmsilçisinin 30 yaşlı oyunçuya 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

Qeyd edək ki, "Ajax"dan Frenki de Yonqu heyətinə qatan "Barcelona"nın Rakitiçlə müqavilə yenilməkdə maraqlı olmadığı söylənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.