İdman

Arvadına xəyanət edən futbolçunun yazışmaları yayıldı - FOTO

23 Fevral 2019 12:59
0 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlunun Dj Merve Sanayla yazışması yayılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mesajları Merve Sanayın "Instagram" hesabını ələ keçirən bir haker yayımlayıb. Mesajlarda futbolçu və Dj-in çox səmimi olbduğu görünür.

Hesabı ələ keçirən haker Merve Sanaya bu sözləri yazıb: "Hesabın məndədi. Al ala bilirsənsə, Merve Sanay".

Mesajlar yayımlanandan dərhal sonra Merve Sanay açıqlama verib: "Biz Hakanla həyat yoldaşı ilə boşanma dövründə danışmışıq. Həmin vaxt onlar ayrılırdı. Amma indi evlidirlər və uşaqları var. Olayın mənimlə əlaqəsi yoxdur. Bizim danışığımız bir neçə gün davam etdi və bitirdik".

Bu mesajlar yayılandan sonra Hakan Çalhanoğlu və həyat yoldaşı Sinem Çalhanoğlu "Instagram"da bir-birini izləməkdən çıxarıb. 

Qeyd edək ki, Hakan Çalhanoğlu və Sinem Çalhanoğlu ötən ilin yayında boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt açıqlama verən futbolçu bu sözləri demişdi: "Çox ciddi və bağışlanması mümkün olmayan bir vəziyyət yarandığı üçün boşanacam. Bu evlilikdən uşağım olarsa, bütün öhdəliklərimi yerinə yetirəcəm. Amma həyat yoldaşım və ailəsi ilə heç bir əlaqəm olmayacaq".

Sinem Çalhanoğlunun cavabı ilə belə olmuşdu: "Hakan, sən hər kəsi çirkin düşüncələrinlə yönləndirdin. Hamı səninin xəyanətə uğradığını düşünür. Bəli mən hamiləyəm, amma sənə heç vaxt xəyanət etməmişəm".

Daha sonra gözlənilmədən fikrini dəyişən Hakan Çalhanoğlu Almaniyaya yollanaraq hamilə həyat yoldaşından və ailəsindən üzr istəmiş, cütlük barışmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.