İdman

"Barselona" və "Real"ın Reşford savaşı

23 Fevral 2019 10:59
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu "Barselona"nın maraq dairəsindədir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Real"ın da maraq dairəsində olan Markus Reşfordun adını transfer siyahısına əlavə edib.

İngiltərəli forvardın Joze Mourinyonun rəhbərliyi altında oynayarkən komandadan ayrılmaq istədiyi, amma Ole-Qunnar Sulşerin gəlişindən sonra xoşbəxt olduğu və karyerasını Premyer Liqa klubunda davam etdirmək istədiyi deyilir.

"Qırmızı şeytanlar"ın Reşford üçün 100 milyon avrodan aşağı təkliflərə baxmayacağı bildirilir.

"Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi olan 21 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 32 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.