İdman

Həbib kumirini döyüşə çağırdı - Seçim sənindir...

23 Fevral 2019 09:39
0 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov kanadalı idmançı Jorj San-Peranı döyüşə çağırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Həbib bu barədə "instaqram"da yazıb. O, kanadalı idmançıya böyük hörmət bəslədiyini də etiraf edib:

"Gəl bunu noyabrda edək. Həmin döyüşdən sonra sən karyeranı bitirə bilərsən. Mən sənin döyüşlərinlə böyümüşəm və şəxsiyyətinə də böyük hörmət bəsləyirəm.

Güman edirəm ki, bunu Moskvaya səfər edərkən hiss etdin. Oktaqonu tarixin ən güclü döyüşçülərindən biri ilə bölüşmək mənim üçün böyük şərəf olardı. Monreal, Nyu-York, Abu-Dabi və ya Moskva. Seçim sənindir".

Nurməhəmmədovun cəza müddəti məhz noyabrda başa çatır. Bir müddət əvvəl yayılan məlumatda isə bildirilirdi ki, San-Peran karyerasını bitirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.