İdman

“Vanda "İnter"i bezdirib”- Keçmiş həyat yoldaşı

22 Fevral 2019 18:44
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maksi Lopes "İnter"in forvardı Mauro İkardi və onun ağenti, eyni zamanda həyat yoldaşı olan Vanda Naranın klubla qalmaqalına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vanda İkardidən əvvəl Lopesin arvadı olub. "Argentina millisinə həmişə azarkeşlik etmişəm. İkardi heyətdə olanda da bunu edirəm. Vanda çox boşboğazdır. Məncə, "İnter" rəhbərliyi Vandadan bezib. Onun davranışı İkardinin əvvəlki səviyyədə oynamasına imkan vermir. Yaxşı agent öz işini ağıllı şəkildə görür. Vəziyyəti nəzərə alır. Nə zaman danışmaq, nə zaman susmaq lazım olduğunu biliir. Vanda bunlardan uzaqdır. Mənə də agent kimi xidmətini təklif etmişdi. Razılaşmadım. Ayrılandan sonra uşaqlarımla görüşə bilmirəm. İmkan vermir. İkardi özünə normal bir agent tapmalıdır", - Lopes deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.