İdman

"Real Madrid" Modriçlə müqavilənin uzadılması barədə razılığa gəldi

22 Fevral 2019 13:54
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilə qədər nəzərdə tutulacaq.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının kapitanının karyerasını Madrid klubunda başa vuracağı ehtimal olunur.

Qeyd edək ki. Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komandanın heyətində 290 oyun keçirən ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. "Qızıl top"un son sahibi həm də 2018-ci il dünya çempionatında ən yaxşı futbolçusu adına layiq görülüb. Onun hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.