İdman

Anjelika Sidorova Almaniyada qış çempionu oldu

21 Fevral 2019 21:38
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı qadın atlet Anjelika Sidorova Almaniyanın Düsseldorf şəhərində keçirilən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qış çempionatında dirəklə tullanma yarışının qalibi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 27 yaşlı idmançı 4,77 metr nəticə ilə bütün rəqiblərini qabaqlıyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

A.Sidorovanın çıxış edəcəyi növbəti turnir fevralın 23-də Fransanın Klermon-Ferrand şəhərində keçiriləcək.

Xatırladaq ki, A.Sidorova 2014-cü və 2015-ci illərdə Rusiya, 2014-cü ildə isə Avropa çempionatlarında qızıl medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.