İdman

Nihat Kahveci də Bakıya gəlir

21 Fevral 2019 17:39
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş", "Vilyareal", "Real Sosyedad" kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi Nihat Kahveci Bakıya səfər edəcək.

Milli.Az Bakı-2019 Avropa Liqası Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, martın 3-də keçiriləcək "Bakı 2019: Ulduzlar Finalı" yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Nihat Kahveci də iştirak edəcək. Bu oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.

Qeyd edək ki, N.Kahvecidən başqa sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.