İdman

"Bavariya" ilə oyun zamanı ulduz futbolçunun evi yenidən qarət olundu

21 Fevral 2019 16:07
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Sadio Manenin evi yenidən qarət olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hadisə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" - "Bavariya" oyunu zamanı baş verib.

Evə girən cinayətkarlar Manenin yaşadığı mənzildən saatlar, telefonlar və maşın açarları oğurlayıblar. Yerli polis hadisə ilə əlaqədar cinayət işi açıb.

Maraqlıdır ki, bu, Manenin başına gələn ikinci belə haldır. Belə ki, 2017-ci ilin noyabr ayında yenə bir ÇL matçında, "Maribor"la oyun zamanı seneqallı futbolçunun evindən oğurluq edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.