İdman

Aleks "Fənərbağça"ya qayıdır

21 Fevral 2019 18:58
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın əfsanəvi futbolçusu Aleks de Souza klubun idman direktoru vəzifəsində çalışa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən həftə "sarı-lacivərtlilər"in prezidenti Ali Koçun dəvəti ilə İstanbula gələn veteran futbolçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ölkəsinə qayıdaraq ailəsi ilə məsləhətləşib, daha sonra qərarını verəcəyini bildirib.

Brazilya millisinin üzvü uzun müddət sonra tribunadan komandanın ev oyununu izləyib, klubun düşərgəsini, stadionu gəzib, futbolçularla görüşüb.

Qeyd edək ki, Aleks İstanbul təmsilçisinin heyətində çıxdığı 333 oyunda 167 qol vurub, 142 qol ötürməsi edib. Bununla birlikdə,  3 dəfə superliqanın, 1 dəfə ölkə kubokunun və 2 dəfə superkubokun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.