İdman

"Chelsea"nin məşqçilik postuna namizədlər açıqlandı

20 Fevral 2019 20:54
0 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə mətbuatı "Chelsea"də baş məşqçi Maurisio Sarrinin komandadan göndəriləcəyi təqdirdə, onun yerinə namizədlərin adlarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sky Sports nəşrinin iddiasına görə, italyan mütəxəssisin yerinə, klub rəhbərliyi, Zinəddin Zidan və ya Frenk Lempardı gətirəcək. Xəbərdə, bu mütəxəssislərlə mövsümün sonunda danışıqlara başlanılacağı bildirilib. Sarrinin ayrılacağı təqdirdə, komandanı mövsümün sonuna qədər onun köməkçisi Canfrakno Zola çalışdıracaq.

Son olaraq "Real"ı çalışdıran Zidan hazırda işsizdir. "Chelsea"nin sabiq futbolçusu Lempard isə Çempionşip təmsilçisi "Derby County"də baş məşqçilik edir.

"Çelsi" Premyer Liqada 26 turdan sonra 50 xalla 6-cı sırada qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.