İdman

İkardinin arvadından "İnter"ə ultimatum

20 Fevral 2019 11:41
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vanda Nara "İnter"ə ultimatum göndərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "İnter"in hücumçusu Mauro İkardinin həyat yoldaşı və eyni zamanda meneceri olan xanım bildirib ki, əgər Mauronun kapitanlıq sarğısı geri qaytarılmasa, o, bu komanda ilə oyuna çıxmayacaq.

Xanım menecerin növbəti tələbi isə qarşı tərəfin üzr istəməsidir. Vanda Nara düşünür ki, həyat yoldaşı klubun bu qərarından pərişan olub və psixi sarsıntı keçirib.

Qeyd edək ki, argentinalı ilə klub arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmadığı üçün İkardi heyətdən kənarlaşdırılmış və kapitanlıq sarğısı əlindən alınmışdı. Amma forvard sonradan komandanın məşqlərinə qatılsa da, oyunlara çıxmaq fikrində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.