İdman

Bonuççi "Real"dan imtina etdi

19 Fevral 2019 16:54
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Milan"dan Turinə qayıtdıqdan sonra "Real"dan təklif aldığını deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu təklifi geri çevirdiyini bildirib. "Madrid klubunun transfer siyahısında olmaq qürurvericidir. Lakin mən "Milan"dan ayrıldım ki, "Yuventus"a qayıdım. İtaliya futbolu inkişafdadır. Son zamanlar bu daha çox hiss olunur. "Qoca senyora" liderliyini davam etdirir. "Napoli" ilə 13 xal fərqimiz var. Fərq böyük deyil. Arxayın olmaq olmaz. Əvvəllər "Milan", "Napoli", "İnter" kimi klubları rahat şəkildə məğlub edirdik. İndi vəziyyət dəyişib. Bütün klublar müqavimət göstərə bilir",- müdafiəçi bildirib.

Bonuççi 2010-2017-ci illərdə "Yuventus"un formasını geyinib. Sonradan "Milan"a keçib. Ötən ilin yayında yenidən Turinə dönüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.