İdman

İtaliyada komanda 20:0-lıq məğlubiyyətdən sonra çempionatdan kənarlaşdırılıb

18 Fevral 2019 23:21
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pro Pyaçentsa" klubu "Kuneo"ya 0:20 hesablı məğlubiyyətdən sonra İtaliya C Seriyasından kənarlaşdırılıb.

Milli.Az report-a istinadən bildirir ki, səbəb kimi idman prinsiplərinin əsasının inanılmaz pozuntusu göstərilib.

C Seriyasının prezidenti Françesko Girelli deyib:

"Valideynlərinin bu uşaqlara meydana çıxıb oynamaq və bununla peşəkar futbolda debüt etdiklərini dostlarına danışmaq icazəsi vermələrindən dəhşətə gəlmişəm".

Maliyyə problemləri üzündən "Pro Pyaçentsa"nı bütün əsas futbolçular tərk ediblər. Nəticədə "Kuneo" ilə görüşdə meydana 7 futbolçu çıxıb. Onlardan biri komandanın masajçısı olub. Komanda oyunu belə heyətlə keçirməli olub. Əks halda, klubu oyuna gəlmədiyi üçün yarışdan kənarlaşdırılma təhlükəsi gözləyəcəkdi. "Pro Pyaçentsa"nın baş məşqçisi olmadığından, 19 yaşlı futbolçu məşqçi kimi qeydiyyatdan keçməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.