İdman

Salanın ailəsindən şok iddia - Öldürülüb

18 Fevral 2019 14:35
0 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda La-Manş boğazına düşən təyyarədə həlak olan argentinalı futbolçu Emiliano Sala ilə bağlı yeni iddia ortaya atılıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Nant"dan "Kardiff"ə transfer olunan oyunçunun ailəsi onun öldürüldüyünü iddia edib.

Onun qohumu Martin Qatti hücumçunun qəsdən öldürüldüyünü söyləyib. O, ailəsinin də bu fikirdə olduğunu vurğulayıb: "Biz bunun qəza olduğuna inanmırıq. Emilianonun öldürüldüyünü düşünürük. Çünki baş verənlərlə deyilənlər üst-üstə düşmür. Bu məsələ yenidən araşdırılmalıdı. Hadisə "təyyarə düşdü, iki nəfər öldü" kimi bağlanmamalıdı. "Kardiff"lə müqavilə imzaladıqdan sonra Salanı o təyyarəyə aparan və pilotu tapan şəxslər araşdırılsın. İşin içində pul varsa, başqalarının həyatına önəm verməyənlər çox olur".

Qeyd edək ki, Emiliano Sala böyüdüyü Proqreso şəhərində son mənzilə yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.