İdman

Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

18 Fevral 2019 12:00
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zinəddin Zidan "Çelsi"nin baş məşqçisi olmaq üçün şərtlərini açıqlayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis iki şərt irəli sürüb.
İddia olunur ki, 47 yaşlı baş məşqçi klub rəhbərliyindən minimum 220 milyon avroluq transfer büdcəsi və belçikalı ulduz Eden Hazardın komandada saxlanılmasını tələb edib. 

Qeyd edək ki, "Çelsi"nin hazırkı çalışdırıcı Mauritsio Sarri rəhbərliyin etimadını itirib. Komandanın "Mançester Siti"yə 0:6 hesablı məğlubiyyəti "zadəganlar"ı yeni baş məşqçi axtarmağa məcbur edib. "Çelsi" rəhbərliyi bundan sonra Zidanla danışıqlara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.