İdman

İtaliya çempionatında 20:0 hesablı oyun - VİDEO

18 Fevral 2019 11:28
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya C Seriyasının oyununda "Kuneo" "Pro Pyaçentsa"nı 20:0 hesabı ilə məğlub edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, görüşün ən məhsuldar oyunçusu 6 qol vuran Hişam Kanis olub. Edoardo Defendi 5 dəfə fərqlənib, Mikele Emmausso və Françesko Di Stefano isə "het-trik" edib. 

"Pro Pyaçentsa" oyuna 7 futbolçu ilə başlayıb. Daha bir futbolçu isə unudaraq evdə qoyduğu pasportu atası ona gətirib çatdırdıqdan sonra meydana çıxıb. Qolların 16-sı ilk yarıda vurulub. 

Hazırda bu klub ciddi maliyyə problemləri ilə üz-üzədir. Komandanın məşqçiləri yoxdur. Ona görə də 19 yaşlı futbolçu oyunun protokolunda özünü məşqçi kimi qeydiyyatdan keçirməli olub. Bütün əsas heyət futbolçuları "Pro Pyaçentsa"nı azad agent kimi tərk etməli olublar. Bu səbəbdən, klub mövsümün qalan hissəsini gənclərlə davam etdirir. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 29-a çatdıran "Kuneo" 11-ci pillədə qərarlaşıb. 8 xala malik "Pro Pyaçentsa" isə sonuncu - 20-ci yerdədir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İtaliya çempionatında 20:0 hesabı qeydə alınıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.