İdman

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

17 Fevral 2019 14:30
6 Şərh     Baxış: 2 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sellofan torbadan Lionel Messi forması düzəldərək bütün dünyaya məşhur olan əfqanıstanlı Murtaza Əhmədi adlı uşağın həyatı cəhənnəmə çevirilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə onun anası açıqlama verib. Uşağın anası bildirib ki, oğlunun dünya mediasında məşhurlaşmasından sonra həyatları radikal şəkildə dəyişib. "Taliban"ın hədəfinə çevirilən ailə hər gün ölüm təhdidləri alır və bu qorxunun altında həyatlarına davam edirlər. Onlar ötən il təhdidlər səbəbindən evlərini tərk etməli olublar. 

Qeyd edək ki, Murtaza Əhmədi sellofan torbalı Messi forması ilə məşhurlaşandan sonra 2016-cı ildə Messi ilə görüşmüşdü. "Barselona"nın ulduzu ona top və imzalı forma hədiyyə etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.