İdman

"Mançester Yunayted"in əsas transfer hədəfi

17 Fevral 2019 12:41
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda "Mançester Yunayted"ə keçə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  sloveniyalı futbolçu hazırda "qırmızı şeytanlar"ın əsas transfer hədəfi hesab olunur. Mankunyanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar. İnter aparıcı üzvü üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda "Mançester Yunayted" rəhbərliyinin sözgedən məbləği ödəyərək, Milanı alacağı iddia olunur.

Qeyd edək ki, Şkrinyar "İnter"ə 2017-ci ilin yayında 34 milyon avro qarşılığında "Sampdoria"dan keçmişdi. Onun Milan təmsilçisi ilə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.