İdman

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazanıb - FOTO

16 Fevral 2019 23:21
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Oruc Vəlizadə İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa kubokunda qızıl medal qazanıb.

Bu barədə məlumat Cüdo Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.

Cüdoçumuz Rusiya, Fransa, Qazaxıstan nümayəndələrini məğlub edərək qrup birincisi kimi yarımfinala çıxıb.

Bu mərhələdə fransız Silveyn Julenə qalib gələn Vəlizadə finalda qazaxıstanlı Dauren Syukenovu da məyus edərək Avropa kubokunun sahibi olub.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.

66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov isə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, İtaliya turnirində 46 ölkədən 275 cüdoçu iştirak edir.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.