İdman

"Nə üzülürük, nə də sevinirik" - "Zirə"nin baş məşqçisi

16 Fevral 2019 21:56
0 Şərh     Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Udsaydıq belə, bu bizə əlavə motivasiya, stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

41 yaşlı mütəxəssis hər iki tərəfin qol imkanlarının olduğunu deyib:

"Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı olur. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki görüş göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm. Amma "Zirə"nin özünə gəldiyini deməzdim. Komandaya yeni qoşulanlar hələ uyğunlaşmayıblar. Ancaq ümid verirlər. Əsas odur ki, iki oyundur qol buraxmırıq. Anlaya bilmirəm, niyə düşünürlər ki, "Neftçi"yə xüsusi hazırlaşırıq. Hər bir rəqibə eyni gözlə baxırıq".

Abasovun sözlərinə görə, rəqib ikinci hissədə fəallığı artırıb:

"Neftçi" riskə getdi. Sadio Tounkaranı məcburiyyətdən müdafiənin cinahında oynadırdıq. Bəlkə də bir qədər özümüz də sıxıldıq. Ancaq ikinci hissədə qol şanslarımız daha çox oldu, rəqibi əks-hücumlarda yaxalaya bilirdik".

Baş məşqçi yeni transfer Mqo Kqasvanenin zəif çıxışına da toxunub:

"O, bura məşqsiz gəlmişdi. Tədricən düzələcək. Onu özüm gətirmişəm, zəif olduğunu deyə bilmərəm (gülür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.