İdman

"Bu gün motivasiyasız oynadığımızı deməzdim" - Roberto Bordin

16 Fevral 2019 20:53
0 Şərh     Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oyandı, fasilədən sonra vəziyyəti dəyişdik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçədən sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssis iki xal itirdiklərini deyib:

"Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı".

R.Bordinin sözlərinə görə, "Neftçi" sona qədər hücum futboluna üstünlük verib:

"Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas, komanda oyunudur".

Baş məşqçi fevralın 17-də keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu barədə də danışıb:

"Onlar gördülər ki, xal itirdik. Buna görə motivasiyalı olacaqlar. Lakin matçın nəticəsinin necə olacağını bilmək olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.