İdman

Yaşar Bəşirov Dünya Karate Federasiyasının fəxri medalı ilə təltif edilib - FOTO

16 Fevral 2019 20:21
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının (WKF) texniki komitəsinin üzvü Yaşar Bəşirov WKF-in medalı ilə təltif edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirinə qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri Y.Bəşirov yarış çərçivəsində bir sıra görüşlər keçirib.

WKF-in prezidenti Antonio Espinos və turnirin təşkilat komitəsinin rəhbəri, həmçinin WKF-in vitse-prezidenti Nasser Alrazooqi ilə görüşdə Y.Bəşirov təltif olunub.

Görüşlərdə karatenin inkişafı və kütləviliyinin artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.