İdman

Məşhur futbolçunun məhkəməsi olacaq

15 Fevral 2019 19:04
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem martın16-da hakim qarşısına çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məşhur futbolçu avtomobilin sükanı arxasında telefonla danışdığı üçün məsuliyyətə çəlb olunub. Sabiq yarımmüdafiəçi ötən ilin noyabr ayında Londonda idarə etdiyi Bentley-in sükanı arxasında telefondan istifadə edib. Yoldan keçənlərdən biri bunu polisə bildirib.

İngiltərədə avtomobili idarə edərkən telefonla danışmaq qəti qadağandır. Hələlik Bekhama ittiham irəli sürülməyib. Lakin epizodla bağlı məhkəmə prosesi barədə məlumatlandırılıb.

Keçmiş futbolçunun günahı təsdiqlənərsə, 12 ballıq şkala üzrə 6 bal cərimə yazılacaq. Analoji hadisə təkrarlanarsa, Bekham 3 il müddətinə sürücülük vəsiqəsindən məhrum olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.