İdman

"Spartak" Səmədovla donuz kimi davrandı" - Ukraynalı futbolçu

14 Fevral 2019 14:04
0 Şərh     Baxış: 843

Ukrayna milli komandasının sabiq futbolçusu Andrey Voronin Rusiyanın "Spartak" (Moskva) klubunun əslən azərbaycanlı futbolçu Aleksandr Səmədovla yollarını ayırmasına dair fikirlərini bölüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 39 yaşlı sabiq hücumçu "Sportsdaily" nəşrinə müsahibəsində bu məsələ haqqında yaxşı sözlər tapmaqda çətinlik çəkdiyini söyləyib. 

Voronin Səmədovun "Spartak"a xidmədlərindən də söz açıb: "Onların Saşa ilə donuz kimi davrandıqlarını deyə bilərəm. Səmədov iki dünya və Avropa çempionatının iştirakçısıdır, "Spartak"la qızıl medal qazanıb. Lakin müqavilənin bitməsinə 6 ay qalmış onu qapıdan qovurlar".

Ukraynalı sabiq oyunçu qərbi Avropada böyüdüyünü və almanların futbolçularına qarşı münasibətlərini bildiyini deyib: "Bunu öyrənməyə dəyər. Ölkəmizdə köhnə nəsil daim təkrar edir: Oynayanda lazım oluruq, heyətə düşə bilməyəndə zibil oluruq".

Qeyd edək ki, "Spartak" Aleksandr Səmədovla yollarını qış transfer dövründə ayırıb. 35 yaşlı yarımmüdafiəçi hazırda Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Krılya Sovetov"da forma geyinir. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.