İdman

İtaliya səfiri “Neftçi”nin qonağı oldu

14 Fevral 2019 14:06
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi"nin qonağı olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "Neftçi"nin prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.

Azərbaycandakı İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri - fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.

Xatirə olaraq, səfirə "Neftçi"nin forması hədiyyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.