İdman

"Hakimlərin verdiyi qərarlara inanmaq məcburiyyətindəyik" - Solari

14 Fevral 2019 10:44
1 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim üçün çətin matç oldu. "Ayaks" aqressiv oyun nümayiş etdirdi. Bütün güclərini meydana qoydular. Burada qələbə qazana bilmək  üçün güclü olmağımızın vacibliyini bilirdik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a 2:1  hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edərkən deyib.

O, VAR sisteminin tətbiq olunaraq rəqib futbolçu Nikolas Talyakofikonun 37-ci dəqiqədə vurduğu qolun ləğvinə də münasibət bildirib: "Baş məşqçilər epizodu təkrar izləyə bilmir. Ona görə VAR və hakimlərin verdiyi qərarlara inanmaq məcburiyyətindəyik".

S.Solari komandasının çıxışından razı qaldığını da vurğulayıb: "Bu nəticə üçün çox çalışdıq. Oyunçularım stədiklərimi meydanda nümayiş etdirdi. Hər kəsin oyunundan razıyam. Çempionlar Liqasında asan rəqib və ya oyun yoxdur. "Ayaks"  çox yaxşı oynadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.