İdman

"Neftçi"yə bilərəkdən uduzduqlarını deyən futbolçu vəfat edib

14 Fevral 2019 08:18
1 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SSRİ milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vitali Xmelnitski vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, keçmiş hücumçu 76 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində "Azovstal" və Donetsk "Şaxtyor"unda da çıxış edib. Xmelnitski ən böyük uğurunu 1965 - 1972-ci illərdə çıxış etdiyi "Dinamo"da qazanıb. Mərhum futbolçu 4 qat (1966, 1967, 1968, 1971) SSRİ çempionu və ölkə kubokunun qalibi (1966) olub. SSRİ yığmasında 20 oyuna 7 qol vurmuş forvard Meksikadakı 1970-ci il dünya çempionatında iştirak edib.

Vitali Xmelnitski daha əvvəl 1966-cı il SSRİ çempionatında "Neftçi"yə bilərəkdən uduzduqlarına dair açıqlama verib. O, Rusiya "Spartak"ının medalsız qalması üçün bu addımı atdıqlarını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.