İdman

Ramos 600-ə çatdı

14 Fevral 2019 07:35
0 Şərh     Baxış: 644

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində hazırda keçirilən "Ayaks" - "Real" matçı qonaqların kapitanı  Serxio Ramos üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Madrid klubu ilə 600-cü matçına çıxıb.

Ramos bu göstəricidə klub tarixində 7-cidir. O, Fernando Yerro, Fransisko Xento (hər ikisi 601 oyun), Santilyana (645), Manuel Sançes (710), İker Kasilyas (725) və Rauldan (741) geri qalır.

Qeyd edək ki, 2005-ci ildən "Real"da çıxış edən ispaniyalı futbolçu bu klubla 20 müxtəlif mükafat qazanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.