İdman

"France Football" ən dahi 10 qapıçının siyahısını dərc edib

13 Fevral 2019 23:24
2 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"France Football" jurnalı tarixdə ən dahi 10 qapıçının siyahısını dərc edib.

Milli.Az report-a istinadən bildirir ki, birinci yeri SSRİ yığmasının və Moskva "Dinamo"sunun keçmiş qapıçısı Lev Yaşin tutub.

İndiyədək karyerasını davam etdirənlərdən Fransa PSJ-sinin qolkiperi Canluici Buffon və Almaniya "Bavariya"sının "çərçivə" qoruyucusu Manuel Noyer ilk "5-liy"ə düşüb. Hazırda Portuqaliya "Portu"sunda yer alan İker Kasilyas isə 8-cidir.

Ən yaxşı 10 qapıçı:

1. Lev Yaşin ("Dinamo" Moskva, SSRİ)

2. Qordon Benks (İngiltərə)

3. Dino Zoff (İtaliya)

4. Canluici Buffon (PSJ, İtaliya)

5. Manuel Noyer ("Bavariya", Almaniya)

6. Peter Şmeyxel (Danimarka)

7. Zepp Mayer (AFR)

8. İker Kasilyas ("Portu", İspaniya)

9. Edvin van der Sar (Hollandiya)

10. Piter Şilton (İngiltərə)

Qeyd edək ki, Lev Yaşin "Qızıl top" qazananlar arasında yeganə qapıçıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.