İdman

"Real"da ciddi itki - "Ayaks"la oyunu buraxacaq

13 Fevral 2019 15:42
2 Şərh     Baxış: 484

İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə qarşılaşacağı Hollandiya "Ayaks"ı ilə matçdan öncə daha bir itki ilə üzləşib.

Milli.Az "report"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin aparıcı futbolçularından hesab olunan Rafael Varan bu görüşdə iştirak etməyə bilər. 

26 yaşlı müdafiəçi qripə yoluxduğu üçün komandanın sonuncu məşqində iştirak etməyib. Varanın yerinə həmin matçda Naço Fernandesin iştirak edəcəyi gözlənilir. Bu məsələ ilə bağlı yekun qərar oyundan öncə veriləcək. 

Qeyd edək ki, "Ayaks" - "Real Madrid" matçı bu gün Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. İspaniya klubunun heyətində Markos Lyorentenin bu oyunu buraxacağı dəqiqdir. İsko və Xesus Valyexonun durumu isə sual altındadır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Yusif · 13 Fevral 18:2900

    Şəxsən mənim ümidim var idi ki, Millətlər Liqasında Avro-2020-nin final mərhələsinə çıxa bilərik. Ən azı qrupdan çıxacağımızı fikirləşirdim. Amma olmadı. Həmin liqadakı qrupdan çıxa bilməyən bir millinin seçmə mərhələdəki qrupdan çıxması mümkündürmü? Təbii ki, yox. Əlbəttə, arzumuz odur ki, final mərhələsinə vəsiqə qazanaq. Ancaq bayaq dediyim kimi, bura Qvardionı da gətirsən, xeyri yoxdur.

    Cavab yaz
  • Anonim
    Yusif · 13 Fevral 18:3300

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.