İdman

Bakıdakı qəza Daniel Rikkardonun “Red Bull”dan gedişinə səbəb olub - VİDEO

13 Fevral 2019 14:58
1 Şərh     Baxış: 539

"Formula 1" pilotu Daniel Rikkardonun Avstriya "Red Bull"unu tərk etməsinin səbəblərindən biri 2018-ci il Azərbaycan Qran-prisində sabiq komanda yoldaşı Maks Ferstappenlə toqquşması olub.

Milli.Az "report"a istinadən xəbər verir ki, 30 yaşlı avstraliyalı sürücü bu barədə BBC-yə bildirib. Onun sözlərinə görə, komanda rəhbərliyinin hər iki pilotu eyni səviyyədə təqsirli bilməsi qərarına təsir edib: "Həmin insidentlə bağlı narazılığımı bildirmək istəmirdim. "Red Bull"dan getmək qərarımda bu qəzanın hansı rolu oynadığını deyə bilmərəm. Amma bu, çoxsaylı səbəblərdən biri oldu. Yarış zamanı Maksla bunu nəzakətlə müzakirə etdik. Düzdür, mən Maksı arxadan vurdum, lakin onun necə manevr etdiyini hər kəs gördü. Özümü günahkar bilmirdim. Ancaq sonra hiss etdim ki, komanda hər ikimizdə bərabər səviyyədə günah görür. Bəlkə də, çox tərsəm, amma günahın bərabər olduğunu düşünmürəm. Bu məqam məni narahat edirdi və getməklə bağlı qərar verən zaman səbələrdən biri oldu".

Qeyd edək ki, 2017-ci il Azərbaycan Qran-prisinin qalibi olan D.Rikkardo ötən mövsüm komanda yoldaşı M.Ferstappenlə toqquşub və hər iki pilot yarışı yarımçıq dayandırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıdakı qəza Daniel Rikkardonun

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Yusif · 13 Fevral 18:3300

    Şəxsən mənim ümidim var idi ki, Millətlər Liqasında Avro-2020-nin final mərhələsinə çıxa bilərik. Ən azı qrupdan çıxacağımızı fikirləşirdim. Amma olmadı. Həmin liqadakı qrupdan çıxa bilməyən bir millinin seçmə mərhələdəki qrupdan çıxması mümkündürmü? Təbii ki, yox. Əlbəttə, arzumuz odur ki, final mərhələsinə vəsiqə qazanaq. Ancaq bayaq dediyim kimi, bura Qvardionı da gətirsən, xeyri yoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.