İdman

Neymar "Barselona"nın həkimlərinə müraciət etdi

13 Fevral 2019 14:38
0 Şərh     Baxış: 788

PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"nın həkimlərinə müraciət edib.

Milli.Az qol.az-a istinadən  xəbər verir ki, o, ayaq sümüyünün müalicəsi üçün bu addımı atıb. Braziliyalı hücumçu zədəsi ilə  bağlı Kataloniya klubunun tibbi qərargahı ilə məsləhətləşib.Həkimlər ona  əməliyyat olunmağı məsləhət görüb. Ancaq  o, cərrahi müdaxilə olmadan müalicəyi üstün tutub.

Xəbərdə həmçinin Neymarın "Barsa"nın futbolçuları və klub rəhbərliyə ilə əlaqələrinin davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib.Onun martın sonuna kimi oynamayacağı gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.