İdman

"Barselona"ya məğlubiyyət, Messiyə isə karyerasını bitirməyi arzulayıram" - Sabiq "Real"lı

13 Fevral 2019 14:05
5 Şərh     Baxış: 1 319

"Barcelona-ya qarşı deyiləm. Ancaq hər zaman onlara məğlubiyyət arzulayıram. Çünki belədə hər şey Real Madrid üçün daha yaxşı olacaq".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Real Madrid"in sabiq müdafiəçisi Alvaro Arbeloa deyib. "Kral klubu"nun yetirməsi olan veteran futbolçu 2002-2006 və 2009-2016-cı illərdə bu komandanın formasını geyinib. Madrid təmsilçisinin əsas rəqibi "Barselona" haqda danışan Arbeloa kataloniyalıların Çempionlar Liqasında mübarizəni dayandırmasını istəyir:

"Onların turnirdən kənarda qalmasını istərdimmi? Əlbəttə ki, hə. Çünki elə olarsa, "Real"ın əsas rəqiblərindən biri azalacaq. "Barselona" həmişə güclü olub. Nə vaxt "El-Klassiko"da meydana çıxmışamsa, bu rəqibi məğlub etmək istəmişəm. Hər zaman "Barselona" ilə oyunlarda ehtiras, həyəcan olub".

"Barselona"nın kapitanı Lionel Messi haqda da fikirlərini bildirən Arbeloa argentinalı superulduzun oyununda zövq almadığını bildirib: "Barcelona"ya hörmət edirəm. Çünki orada Lionel Messi kimi əla oyunçu var. Heç vaxt argentinalının oyunundan zövq ala bilməsəm də, o, çox yaxşı futbolçudur. Düşünürəm ki, heç bundan sonra da olmayacaq. Ümid edirəm ki, o, tezliklə karyerasını bitirər. Artıq günləri saymağa başlamışam".

Qeyd edək ki, Arbeloa 2017-ci ilin iyununda futbolla vidalaşıb.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    008 · 13 Fevral 14:4611

    Ne paxil adamsan e

    Cavab yaz
  • Anonim
    007 · 13 Fevral 15:1701

    Paxilliqin pik hoqtesiş

    Cavab yaz
  • Anonim
    Ereboğlu · 13 Fevral 15:1801

    paxilliğın kulminasiya nöqtəsi

    Cavab yaz
  • Anonim
    Barcelona · 13 Fevral 15:5311

    bu açığ şəkildə deyirki mən barselonanın və messinin paxıllığını tuturam deyə

    Cavab yaz
    • Anonim
      Kor yazar · 13 Fevral 16:4711

      Şərhsiz..!!!! Real Madridli.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.