İdman

"Ronaldu birdən yanıma gəldi və mənə “gedirəm” dedi" - Marselo

13 Fevral 2019 12:52
0 Şərh     Baxış: 1 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in braziliyalı futbolçusu Marselo, yayda "Yuventus"a transfer olunan keçmiş komanda yoldaşı Kriştianu Ronaldu haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, Ronaldonun gedəcəyini Çempionlar Liqasının son finalından əvvəl bildiyini deyib:

"Çempionlar Liqasının finalından əvvəl məşq edirdik. Birdən Ronaldu yanıma gəldi və mənə, "gedirəm" dedi. Bu ayrılıq gerçəkləşənə qədər özümü təsəlli edirdim. O, transfer olunanda hər şeyi anladım. Komandadan getdiyi gün bütün gecə ağladım. Ronaldo gedəndən sonra paltardəyişmə otağında yanımda heç kim olmur. Bir tək Beyl var, o da danışmır. Danışanda da ingiliscə danışır. Biz bir birimizə ancaq "hi or hello" (salam) deyirik".

Son zamanlar adı "Yuventus"la yanaşı çəkilən futbolçu, "Yuventus çox böyük bir klubdur, amma mənim "Real"la müqaviləm var" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.