İdman

"Hələ hər şey bitməyib" - Sulşer

13 Fevral 2019 10:46
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PSJ birinci qoldan sonra oyuna nəzarət etməyə başladı. Uzun müddət idi bu səviyyədə oynamadığımızı və öyrənməli olduğumuzu gördük. Bizim üçün yaxşı təcrübə oldu".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib.

"Zədələrin məğlubiyyətə səbəb olduğunu demək düzgün deyil.  Bizdə yüksək səviyyəli  oyunçular və  onlar əvəzetmə ilə meydana çıxdılar. Amma Linqard və Marsyal önəmli futbolçulardır.Ümid  edirəm ki, onların zədəsi ciddi deyil" - deyə o bildirib.

Norveçli mütəxəssis Parisdə yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb: "Dağlar fəth edilmək üçün yaradılıb. Hələ hər şey bitməyib.Təslim olmayacağıq. Parisə gedəyik və orada öz futbolumuzu oynayacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.