İdman

Azərbaycan taekvondoçuları Türkiyədə 4 medal qazandılar

13 Fevral 2019 10:07
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərində təşkil edilən taekvondo yarışları davam edir. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, fevralın 11-də startı verilən G2 kateqoriyalı "DTF Prezidenti Kuboku" yarışında böyüklərdən ibarət milli komandanın üzvləri də mübarizə aparıb. Avropa qitəsi üzrə sayca 4-cü dəfə keçirilən yarışın son günü 4 kişi taekvondoçumuz mükafatçılar sırasında yer alıb.

Belə ki, Milad Beigi Hərçəqani (80 kq) finalda məğlub olaraq yarışı gümüş medall başa vurub. Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (+87 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib. 

Komandamızın üzvləri 15-16 fevral tarixlərində baş tutacaq "Turkish Open" beynəlxalq turnirdə də qüvvələrini sınayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.