İdman

Paris Yay Olimpiya Oyunlarına şahmatın daxil edilməsi üçün müraciət edilib

12 Fevral 2019 23:58
1 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına şahmat növünün daxil edilməsi üçün ərizə verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı Fransa Şahmat Federasiyası Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinə rəsmi müraciət edib. Federasiya prezidenti Bəşər Kuatli bildirib ki, namizədlik dosyesi təşəbbüskar rolunda çıxış edən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) köməkliyi təqdim olunub.

Kuatli FIDE-nin 1924-cü ildə məhz Parisdə Fransanın təşəbbüsü ilə təsis olunduğunu və hazırda 189 milli federasiyanı özündə birləşdirdiyini xatırladıb.

Təşkilat Komitəsi dəstək verəcəyi təqdirdə, dosye Beynəlxalq Olimpiya Komitəsinə (IOC) göndəriləcək. IOC-dan müsbət cavab alınsa, şahmat yarışları Sorbonnanın zallarından birində təşkil ediləcək.

Qeyd edək ki, Paris 2024-cü il olimpiadasının təşkilatçısı qismində 2017-ci ilin sentyabrında seçilib. Fransa paytaxtında Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda, Yay Paralimpiya Oyunları 28 avqust - 8 sentyabrda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.