İdman

Millimiz İspaniyaya uduzdu

12 Fevral 2019 23:47
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin komandası İspaniya toplanışında ilk sınağına çıxıb.

Yığmamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşüb. Oyun ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Kamran Quliyev 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, millimiz fevralın 14-də "Ranero" klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunu keçirəcək.

12 fevral

İspaniya - Azərbaycan - 2:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.