İdman

“Real Madrid” bu futbolçu üçün 45 milyon avrodan keçməyə hazırdır

12 Fevral 2019 18:54
0 Şərh     Baxış: 705

Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Luka Yoviç "Real Madrid" komandasının maraq dairəsinə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "kral" klubu "Ayntraxt"a ilk təklifini (45 milyon avro) göndərib. "Real Madrid" klubunun əzəli rəqibi "Barselona" da gənc hücumçunu heyətə qatmaq marağındadır.

Futbolçu cari mövsümün əvvəlində Portuqaliyanın "Benfika" klubundan "Ayntraxt"a icarə əsasında keçib. Bosniya və Herseqovinadan olan 21 yaşlı hücumçunun dəyəri 6-12 milyon avro arası qiymətləndirilir.

Cari mövsüm Yoviç Almaniya çempionatında 25 oyuna 14 qolla yadda qalıb.

"Real Madrid" klubu ilə yanaşı, Yoviçlə "Barselona" və "Bavariya" da yaxından maraqlanır.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.