İdman

Paralimpiyaçımız beynəlxalq yarışda bürünc medal qazandı - VİDEO

12 Fevral 2019 18:24
0 Şərh     Baxış: 346

Xəbər verdiyimiz kimi, pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandamızın idmançıları Birləşmiş Ərəb Əmirliklərində Dünya kuboku yarışlarında iştirak edirlər. 

Milli.Az xəbər verir ki, bu gün yarışlara qatılan idmançımız Şamo Aslanov 107 və yuxarı çəki dərəcəsində yarışan idmançılar arasında 206 kq ağırlığı qaldıraraq üçüncü yerə layiq görülüb. 
İdmançımızı təbrik edirik!

Qeyd edək ki, yarışların ilk günündə 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Pərvin Məmmədov 145 kq ağırlığı qaldıraraq gümüş medal qazanıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Paralimpiyaçımız beynəlxalq yarışda bürünc medal qazandı

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.