İdman

“Real" üçün mümkün olmayan heç nə yoxdur”

12 Fevral 2019 15:54
0 Şərh     Baxış: 558

Madrid "Real"ının baş məşqçisi Santyaqo Solari komandasının ÇL-də mümkün dördüncü qələbəsindən danışıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı buna can atdıqlarını gizlətməyib.

"Real" üçün mümkün olmayan heç nə yoxdur. Dördüncü dəfə möhtəşəm turnirin qalibi olmaq arzumuzdur. Buna can atırıq. Futbol arzuların gerçəkləşməsinə imkan verən vasitədir. Bəzən arzular suya düşə bilir. Gerçəkləşdirmək üçün özündə güc tapmalısan. Hər qələbədən sonra daha böyük uğur barədə düşünürsən. Yeni arzular doğur. Futbolun gözəlliyi bundadır", - çalışdırıcı deyib.

Xatırladaq ki, Real Çempionlar Liqasının 1/8 final mərhələsində sabah "Ajax"ın qonağı olacaq.

Solarinin komandası İspaniya çempionatında ikinci yeri tutur. Lider "Barcelona"dan 6 xal geri qalır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.