İdman

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı - 800 manat və...

12 Fevral 2019 15:19
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XVI turunun "Sabah" - "Qəbələ" matçının 45+1-ci dəqiqəsində  "Sabah"  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun  90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.

Azərbaycan  Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Qarabağ" matçında  "Sumqayıt" klubunun 5 , "Qarabağ" klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

Azərbyacan  Premyer Liqasının XVI turunun "Səbail" - "Zirə" matçının 81-ci dəqiqəsində  "Səbail"  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XVI turunun "Neftçi" - "Keşlə" matçında  "Keşlə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.