İdman

Təcavüzdə ittiham olunan Ronalduya ağır zərbə

12 Fevral 2019 14:59
2 Şərh     Baxış: 1 952

Amerikalı model Katrin Mayorqaya təcavüz etməkdə ittiham olunan Kriştianu Ronaldu daha bir zərbə alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "EA Sports" portuqaliyalı ulduzun fotosunu "FIFA 19"un üz qabığından çıxarıb.

Qeyd edək ki, bundan əvvəl "Electronic Arts" Ronaldonu bütün tanıtım materiallarından və reklam afişalarından çıxarmışdı. Əvəzində "EA Sports" bununla bağlı heç bir açıqlama yaymayaraq susqunluğunu qorumuşdu. Amma şirkət bu dəfə onun fotosunu üz qabığından çıxarmaqla olaylara reaksiya vermiş olub.

Üz qabığına Kevin de Bruyne, Neymar və Paulo Dibalanı əlavə edən "EA Sports" bununla da "FIFA 19"da Ronaldonun olmayacağını göstərib. "Yuventus"un ulduzunun qarşıdakı illərdə də FIFA seriyasında yer almayacağı bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Qaqa · 12 Fevral 15:3011

    bu pozgunlarin heresi quyuya 1 das atir tezminat almaqcun. Men olsam inan stresden futbol oynaya bilmerem hec

    Cavab yaz
  • Anonim
    Ramil · 12 Fevral 23:2900

    Kül başıza bəlkə onun medalların çempionluğunu adını imicini ala bilirsiz o həmişə əl çatmaz futbolçu olarag tarixə düşüb tarixisə dəyişmək mümkün deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.