İdman

“Barselona” 21 yaşlı hücumçunu transfer edir

12 Fevral 2019 14:39
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" 21 yaşlı futbolçu ilə mövsümün sonu üçün razılığa gəlib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Kataloniya klubu icarə əsasında "Ayntraxt"da forma geyinən Luka Yoviçi mövsümün sonunda heyətinə qatacaq. İspaniya təmsilçisi Bundesliqada göstərdiyi oyunla diqqətləri üzərinə çəkən futbolçu ilə cari mövsümün sonu üçün razılıq əldə edib.

Müqaviləylə "Benfika"ya məxsus olan serbiyalı forvardın "Liverpul", "Bavariya" kimi klubların maraq dairəsində olduğu deyilir.

2016-cı ildə 6,6 milyon avro qarşılığında "Benfika"ya transfer olunan Yoviç, 2017-ci ildən icarə əsasında "Ayntraxt"da forma geyinir. O, bu mövsüm Almaniya klubunun heyətində iştirak etdiyi 19 çempionat oyununda 14 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Serb futbolçu Avropa Liqasında 5 qolun müəllifidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.