İdman

Yeni Zelandiya milli komandasının baş məşqçisi: "Milli Gimnastika Arenasında fantastik şərait yaradılıb"

12 Fevral 2019 12:51
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında fantastik şərait yaradılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yoxlama-məşqi çərçivəsində Yeni Zelandiyanın batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Cerod Heriot deyib.

O vurğulayıb ki, bu arenada məşq etmək çox rahat və xoşdur:

"Biz ilk dəfədir ki Bakıya gəlmişik. Uzaqdan gəldiyimiz üçün uyğunlaşmağa vaxt lazım olsa da, burda bunu hiss etmədik, tez bir zamanda uyğunlaşdıq".

Baş məşqçi bildirib ki, hazırlıqlar və məşq yaxşı davam edir.

C.Heriot Çin və Rusiya komandalarını ən güclü komanda hesab etdiyini deyib.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.