İdman

"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel

12 Fevral 2019 13:19
1 Şərh     Baxış: 458

"Mançester Yunayted"in əsas  futbolçusu Pol  Poqbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider  kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, komandanı aparıcı futbolçuları Edinson Kavani və Neymarın oynamamağına da  münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini  doldura  bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun  yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görsənəcək".

Qeyd edək  ki, Kavani və Neymar zədə səbəbindən "MY"a qarşı bu gecə oynamayacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Murad · 12 Fevral 13:5820

    Mancestir utd qelebe.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.